Ev DünyaQalibaf: İranın əsas hədəfi budur

Qalibaf: İranın əsas hədəfi budur

by Baş Redaktor
22 Baxış

“Hazırkı şəraitdə hökumət və parlamentin qarşısında duran ən vacib vəzifə əhalinin və silahlı qüvvələrin sosial təminatının gücləndirilməsidir”.

Army.az xəbər verir ki, bunu İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf deyib.

O qeyd edib ki, müharibə şəraitində dövlət qurumları prioritet məsələləri düzgün müəyyənləşdirməli və resursları buna uyğun bölüşdürməlidir.

Qalibaf parlament komitələrinin və deputatların nəzarət funksiyalarını davam etdirməsinin vacibliyini də vurğulayıb:

banner

“Ölkənin valyuta və büdcə gəlirləri nəzərə alınmaqla prioritet istiqamətlər müəyyən edilməlidir və mövcud problemlərin həlli mümkündür”.

Əlaqəli Yazılar Xüsusi