Ermənistanda gözlənilən yeni konstitusiya islahatları ölkəni növbədənkənar seçkilərinə sürükləməyəcək.
Army.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan keçirdiyi brifinqdə bəyan edib.
Hökumət başçısının sözlərinə görə, yeni konstitusiyanın qəbul olunması onların seçkiqabağı platformasının əsas bəndlərindən biri olub:
“Təxminən 700 min seçici bu hədəfə səs verib və biz xalqın bu etimadını doğrultmalıyıq”.
Paşinyan qeyd edib ki, parlamentdə baş tutan son sual-cavab sessiyası zamanı müxalifətin sadəcə olaraq boyun qaçıra bilməyəcəyi unikal siyasi fürsətin və təklifin mövcudluğunu anladı. Onun fikrincə, indi həmin sənədin mətni üzərində işləmək lazım gəlir, çünki müxalif qüvvələr bu prosesi süni şəkildə beynəlxalq və regional müstəviyə bağlamağa çalışırlar.
Baş nazir vurğulayıb ki, son parlament müzakirələri prosesin növbədənkənar seçki fazasına keçmədən, əksinə, müxalifətin rədd edə bilməyəcəyi alternativ mexanizmlərlə həll olunması ehtimalını gücləndirib:
“Bilmirəm bunu qəsdən, yoxsa təsadüfən, məlumatsızlıqdan etdilər. Ancaq sual-cavabın gedişatı bizə elə bir şərait yaratdı ki, cəmiyyət vasitəsilə müxalifətə güclü təzyiq göstərək və onların öz səsləri hesabına yeni konstitusiya üzrə ümumxalq səsverməsinin (referendumun) yolunu açaq”.
