Strateji əhəmiyyətə malik Hörmüz boğazı tam şəkildə İran silahlı qüvvələrinin nəzarəti altındadır və Tehranın tələbləri tam təmin olunmayıncaya qədər su yolu bağlı qalacaq.
Army.az xəbər verir ki, bu barədə İran ordusunun rəsmi nümayəndəsi Məhəmməd Əkrəminiya bəyan edib.
Hərbi rəsmçi iddia edib ki, Birləşmiş Ştatların əvvəlcə İranın raket və nüvə imkanlarını zərərsizləşdirmək adı ilə irəli sürdüyü hədəflər zaman keçdikcə daha da genişlənərək rejimi devirmək və ölkəni parçalamaq məqsədinə çevrilib.
Əkrəminiyanın sözlərinə görə, Ağ Evin arxada gizlətdiyi əsl niyyət regional miqyasda “Böyük İsrail” layihəsini reallaşdırmaq və Təl-Əvivin Yaxın Şərqdə qeyd-şərtsiz üstünlüyünü təmin etməkdən ibarətdir.
