Ev Hərbi XəbərlərRusiya MN: Ukrayna ordusunun itkiləri 1 375 nəfər olub

Rusiya MN: Ukrayna ordusunun itkiləri 1 375 nəfər olub

by Baş Redaktor
40 Baxış

Rusiya Müdafiə Nazirliyi Ukrayna Silahlı Qüvvələrinin son 24 saat ərzində təxminən 1 375 hərbçi itirdiyini iddia edib.

Army.az xəbər verir ki, Nazirliyin gündəlik hesabatında bildirilib ki, itkilər Rusiya qoşun qruplarının müxtəlif istiqamətlər üzrə məsuliyyət zonalarında qeydə alınıb.

Məlumata əsasən, “Şimal” qrupunun fəaliyyət göstərdiyi ərazidə Ukrayna tərəfinin 245-ə yaxın, “Qərb” istiqamətində 210-dan çox, “Cənub” istiqamətində isə 220-dən artıq hərbçi itirdiyi bildirilir.

Hesabata görə, ən yüksək göstəricilər “Mərkəz” və “Şərq” qruplarının məsuliyyət zonalarında qeydə alınıb. Rusiya Müdafiə Nazirliyi həmin ərazilərdə Ukrayna ordusunun itkilərinin müvafiq olaraq 355-dən və 315-dən çox olduğunu açıqlayıb.

banner

Əlaqəli Yazılar Xüsusi