Ev Hərbi XəbərlərLavrov: “İndi dayansaq, babalarımızın qəhrəmanlığını silmiş olarıq”

Lavrov: “İndi dayansaq, babalarımızın qəhrəmanlığını silmiş olarıq”

by Baş Redaktor
38 Baxış

Rusiya xarici işlər naziri Sergey Lavrov Ukraynada döyüşlərin hazırkı təmas xətti boyunca dayandırılmasının mümkün olmadığını bildirib.

Army.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Lavrovun sözlərinə görə, Moskva münaqişənin məhz mövcud cəbhə xəttində dondurulmasını qəbul etmir. O, belə bir addımın Rusiyanın tarixi baxımından qəbuledilməz olacağını iddia edib.

Nazir bildirib ki, döyüşlərin hazırkı xəttdə dayandırılması İkinci Dünya müharibəsi zamanı nasizmə qarşı mübarizə aparmış əvvəlki nəsillərin göstərdiyi qəhrəmanlığın “silinməsi” ilə nəticələnə bilər.

banner

Lavrov bu yanaşmanı Rusiyanın tarixi ilə əlaqələndirib və məsələnin ölkənin “min illik tarixi” qarşısında məsuliyyət daşımaqla bağlı olduğunu vurğulayıb.

Əlaqəli Yazılar Xüsusi