Ev Hərbi XəbərlərHörmüz boğazında gərginlik artır: Ər-Riyad İrana qarşı sərt mövqe sərgilədi

Hörmüz boğazında gərginlik artır: Ər-Riyad İrana qarşı sərt mövqe sərgilədi

by Baş Redaktor
41 Baxış

Səudiyyə Ərəbistanı İranın Hörmüz boğazında Birləşmiş Ərəb Əmirliklərinə məxsus iki gəmini hədəfə almasını kəskin şəkildə pisləyib.

Army.az xəbər verir ki, Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda hücumların davam etdirilməsi ilə bağlı bütün məsuliyyətin İranın üzərinə düşdüyü bildirilib.

Ər-Riyad Tehrandan beynəlxalq hüququ pozan hərəkətlərə dərhal son qoymağı və beynəlxalq hüquq normalarına hörmət etməyi tələb edib.

Nazirlik xəbərdarlıq edib ki, bu cür hücumların təkrarlanması vəziyyətin daha da gərginləşməsinə səbəb ola bilər. Səudiyyə tərəfi xüsusilə dəniz nəqliyyatının təhlükəsizliyi, sərbəst gəmiçilik və qlobal enerji təchizatının qorunması baxımından ciddi risklərin yarandığını vurğulayıb.

banner

Əlaqəli Yazılar Xüsusi