Rusiya Silahlı Qüvvələri Ukrayna ordusunun təchizatında istifadə olunan Odessa vilayətindəki limanlara zərbələr endirib.
Army.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasına görə, Rusiya ordusu iyulun 18-də axşam Odessa vilayətində yerləşən “Pivdennıy” limanında Ukrayna hərbçilərinin təchizatı üçün nəzərdə tutulan yanacaq-sürtkü materialları çənlərini vurub.
Bildirilib ki, zərbə havadan buraxılan yüksək dəqiqlikli silahlarla endirilib.
