Ev Hərbi XəbərlərFransada hərbi təyyarə qəzaya uğradı: ekipaj üzvləri xəsarət alıb

Fransada hərbi təyyarə qəzaya uğradı: ekipaj üzvləri xəsarət alıb

by Baş Redaktor
141 Baxış

Fransanın Buş-dü-Ron departamentinin Salon-de-Provans kommunasında təlim uçuşu həyata keçirən hərbi təyyarə qəzaya uğrayıb.

Army.az xəbər verir ki, bu barədə Fransa Müdafiə Nazirliyinin Hərbi Hava və Kosmik Qüvvələri məlumat yayıb.

Bildirilib ki, hadisə “Cirrus SR-20” tipli təyyarənin təlim uçuşu zamanı baş verib.

Qəza nəticəsində təyyarədə olan pilot və təlimatçı xəsarət alıb. Buna baxmayaraq, hər iki ekipaj üzvü fövqəladə vəziyyət siqnalı göndərməyə imkan tapıb.

banner

Məlumata əsasən, ekipaj təyyarəni yaşayış məntəqələrindən uzaq istiqamətləndirə bilib. Hadisə nəticəsində üçüncü şəxslər arasında xəsarət alan olmayıb.

Əlaqəli Yazılar Xüsusi