Yaponiya səfirinin Rusiya Xarici İşlər Nazirliyinə çağırılacağı açıqlanıb.
Army.az xəbər verir ki, bu barədə Rusiya XİN rəhbəri Sergey Lavrov məlumat verib.
Onun sözlərinə görə, görüş zamanı Yaponiyanın Rusiya Prezidenti Vladimir Putinin İturup adasına səfəri ilə bağlı etirazı müzakirə olunacaq:
“Tərəflər həmçinin Yaponiyanın Rusiyadakı diplomatik fəaliyyətinə yanaşmasını da müzakirə edəcəklər. Yaponiya səfəri ilə bağlı narazılığını Rusiya Xarici İşlər Nazirliyində birbaşa ifadə edə biləcək”.
