Ev Dünyaİranlı deputat Trampı ələ saldı: “Yük maşınında gizlənməli ola bilər”

İranlı deputat Trampı ələ saldı: “Yük maşınında gizlənməli ola bilər”

by Baş Redaktor
40 Baxış

İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri İbrahim Əzizi ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazı ilə bağlı açıqlamalarına sərt reaksiya verib.

Army.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

Əzizi bildirib ki, Tramp strateji boğazla bağlı davamlı təhdidlər səsləndirməkdənsə, diqqətini öz təhlükəsizliyinə yönəltməlidir. Onun sözləri Trampın son günlər Hörmüz boğazı üzərində ABŞ nəzarəti ilə bağlı verdiyi bəyanatlardan sonra səslənib.

İranlı deputat açıqlamasında ABŞ liderinə istehzalı şəkildə xəbərdarlıq edib. O bildirib ki, elə vəziyyət yarana bilər ki, Tramp təhlükəsizlik səbəbilə ərzaq daşıyan yük maşınında gizlənməli olsun.

banner

Əzizinin bu ifadəsi Trampın ötən ay Türkiyədən səfəri zamanı təhlükəsizlik narahatlıqları fonunda bir təyyarədən digərinə iaşə maşını vasitəsilə keçirilməsi barədə yayılan məlumatlara eyham kimi qiymətləndirilir.

Əlaqəli Yazılar Xüsusi