Ev DünyaLitva da Estoniya kimi Rusiya ilə sərhədi bağlaya bilər

Litva da Estoniya kimi Rusiya ilə sərhədi bağlaya bilər

by Baş Redaktor
53 Baxış

Litva Rusiya ilə dövlət sərhədinin tamamilə bağlanması ehtimalını gündəmə gətirib. Vilnüs bu məsələdə Estoniyanın atacağı addımları nümunə kimi nəzərdən keçirir.

Army.az xəbər verir ki, bu barədə Litva Prezidenti Gitanas Nauseda jurnalistlərə açıqlamasında danışıb.

Onun sözlərinə görə, belə bir qərar region üçün presedentsiz deyil və Estoniyanın mövqeyi anlaşılandır.

Nauseda qeyd edib ki, Litva da mövcud vəziyyəti və bütün mümkün amilləri qiymətləndirdikdən sonra analoji addım ata bilər.

banner

Xatırladaq ki, Estoniya dekabrın 1-dən etibarən Rusiya ilə sərhəd-keçid məntəqələrini qeyri-müəyyən müddətə bağlamağı planlaşdırır. Rəsmi Tallin bu qərarı Rusiyanın qeyri-dost addımları ilə əsaslandırıb.

Əlaqəli Yazılar Xüsusi