74
Xəbər verdiyimiz kimi, Qara dənizdə Bolqarıstan sahilləri yaxınlığında Somali bayrağı altında üzən “BETUL 8” adlı yük gəmisi batıb. Hadisə zamanı gəmidə olan 12 nəfərin hamısı, o cümlədən 4 Azərbaycan və 8 Türkiyə vətəndaşı xilas edilib.
Army.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Rumıniyadan Misirə təxminən 3 min ton buğda daşıyan gəminin partlayış nəticəsində batdığı ehtimal olunur.