Ev GündəmQalibaf: Hörmüzdən keçid üçün rüsumlar tətbiq olunacaq

Qalibaf: Hörmüzdən keçid üçün rüsumlar tətbiq olunacaq

by Baş Redaktor
16 Baxış

Hörmüz boğazından keçidlə bağlı ödənişlərin tətbiqi ABŞ və İran arasında imzalandığı bildirilən anlaşma memorandumunda rəsmiləşdirilib.

Army.az xəbər verir ki, bu barədə İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf məlumat verib.

Onun açıqlamasına görə, sənəddə boğazdan keçən gəmilər üçün xidmət haqqının alınması müddəası yer alır və bu, razılaşmanın əsas bəndlərindən biri kimi qeyd olunur.

Qalibaf əlavə edib ki, danışıqlar zamanı diqqət mərkəzində olan məsələlərdən biri də Livandakı vəziyyət olub.

banner

Onun sözlərinə görə, vasitəçi tərəfə Livan məsələsi ilə yanaşı, dondurulmuş maliyyə aktivlərinin gələcəyi də əsas müzakirə mövzuları kimi çatdırılıb.

Əlaqəli Yazılar Xüsusi