Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin bütün dövlət sərhədlərinə nəzarətin mərhələli şəkildə Sərhəd Xidmətinə verilməsinin nəzərdə tutulduğunu bildirib.
Army.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Hökumət başçısının sözlərinə görə, bu proses tədricən həyata keçiriləcək və sərhəd xidməti qarşıdakı dövrdə institusional islahatlardan keçəcək.
Paşinyan bununla Ermənistanın bütün sərhəd perimetri üzrə nəzarət funksiyalarının müvafiq qurumda cəmləşdirilməsinin planlaşdırıldığını vurğulayıb.
