Ev Hərbi XəbərlərQuterreş: “Rusiya-Ukrayna münaqişəsinin yaxın zamanda bitəcəyini gözləmirəm”

Quterreş: “Rusiya-Ukrayna münaqişəsinin yaxın zamanda bitəcəyini gözləmirəm”

by Baş Redaktor
18 Baxış

BMT-nin Baş katibi Antonio Quterreş Rusiya ilə Ukrayna arasında davam edən müharibənin yaxın vaxtlarda sona çatacağına dair nikbin olmadığını bildirib.

Army.az xəbər verir ki, bu barədə o, İspaniyanın “El Pais” nəşrinə müsahibəsində danışıb.

Quterreş ABŞ administrasiyasının Rusiya-Ukrayna müharibəsinə yanaşmasını da tənqid edib. Onun fikrincə, Vaşinqtonun bu məsələdə tutduğu mövqe düzgün deyil və münaqişənin yaxın perspektivdə həll olunacağı gözlənilmir.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp daha əvvəl amerikalı jurnalist Benni Consona müsahibəsində Rusiya-Ukrayna müharibəsinə son qoyacaq sülh sazişinin əldə olunmasının yaxınlaşdığını bəyan etmişdi.

banner

Əlaqəli Yazılar Xüsusi