Ev Hərbi XəbərlərKüveytdə yaşayış binasına dron düşüb: yanğın baş verib

Küveytdə yaşayış binasına dron düşüb: yanğın baş verib

by Baş Redaktor
13 Baxış

Sentyabrın 2-də səhər saatlarında Küveytin paytaxtında yaşayış binasında yanğın qeydə alınıb. Hadisəyə səbəb İran istehsalı olduğu bildirilən dronun binaya dəyməsi olub.

Army.az xəbər verir ki, hadisə ilə bağlı Küveytin Fövqəladə Hallar Xidməti açıqlama yayıb.

Xilasedicilərin müdaxiləsi nəticəsində alov qısa müddətdə nəzarətə götürülərək söndürülüb. İlkin məlumata əsasən, insident zamanı xəsarət alan olmayıb.

Qeyd edək ki, bundan əvvəl İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) açıqlama yayaraq ABŞ-nin Küveytdə yerləşən hərbi bazasının raketlər və pilotsuz uçuş aparatları ilə vurulduğunu bildirmişdi.

banner

Əlaqəli Yazılar Xüsusi