Ev Hərbi XəbərlərPutin Donbasın qalan 11 faizini istəyir – Sülh danışıqlarının şərti nədir?

Putin Donbasın qalan 11 faizini istəyir – Sülh danışıqlarının şərti nədir?

by Baş Redaktor
81 Baxış

Rusiya Prezidenti Vladimir Putinin Ukrayna ilə sülh danışıqlarını bərpa etməsi üçün Donbasın Kiyevin nəzarətində olan ərazilərinin də Rusiyanın nəzarətinə keçməsini gözlədiyi bildirilir.

Army.az xəbər verir ki, “Reuters” bu barədə Kremlə yaxın mənbəyə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, söhbət Donbas ərazisinin Ukraynanın nəzarətində qalan təxminən 11 faizlik hissəsindən gedir. Putin bu əraziləri ələ keçirməyi ölkə daxilində qələbə kimi təqdim etmək niyyətindədir.

Kiyev isə ərazi güzəştlərinə getməyəcəyini bəyan edib. Bununla belə, mövcud cəbhə xəttinin qorunması və döyüşlərin həmin xətt boyunca dayandırılması mümkün sülh sazişinin əsaslarından biri ola bilər.

banner

Mənbələrdən birinin bildirdiyinə görə, Vaşinqton ötən həftə elan olunan dizel yanacağı ilə bağlı razılaşmanın Rusiya, Ukrayna və ABŞ arasında üçtərəfli danışıqların yenidən başlamasına yol açacağına ümid edir.

Bundan başqa, ABŞ Prezidenti Donald Trampın kürəkəni Cared Kuşnerin Mayamidə Ukrayna nümayəndələri ilə görüş zamanı Rusiyanın neft emalı zavodlarına hücumların dayandırılması məsələsini qaldırdığı bildirilir. O, bu istəyin Tramp administrasiyasının mövqeyini əks etdirdiyini vurğulayıb.

Əlaqəli Yazılar Xüsusi