Ev ÖlkəNəsimi Musayev hadisənin təfərrüatlarını açıqladı

Nəsimi Musayev hadisənin təfərrüatlarını açıqladı

by Baş Redaktor
67 Baxış

Zəngəzurda saxlanılan Azərbaycan hərbçisi Nəsimi Musayevin hüquq-mühafizə orqanlarına verdiyi ifadənin bəzi detalları açıqlanıb.

Army.az xəbər verir ki, bu barədə “Joqovurd” qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, Musayev ifadəsində erməni ailəsinin yaşadığı evə daxil olarkən heç kimə xəsarət yetirmək niyyətinin olmadığını bildirib.

Qəzetin məlumatında qeyd olunur ki, hərbçi bir neçə dəfə onu buraxmalarını və getməsinə icazə vermələrini xahiş etdiyini deyib. Onun iddiasına əsasən, ev sahibəsi silahın lüləsinin ön hissəsindən tutduqdan sonra atəş açılıb.

banner

Musayev yazılı ifadəsində hadisədən sonra qadının və ailə üzvlərinin ona hücum etdiyini, bıçaqla xəsarət yetirdiklərini və fiziki zorakılıq göstərdiklərini də iddia edib.

Nəşrin məlumatına əsasən, hərbçi qan itirməsinə baxmayaraq, evdən çıxaraq qaça bildiyini bildirib. Daha sonra hüquq-mühafizə orqanlarının əməkdaşları onu çöldə yaralı vəziyyətdə aşkar ediblər.

Əlaqəli Yazılar Xüsusi