Ev Hərbi XəbərlərABŞ İranla əməliyyatın uzanacağını proqnozlaşdırır – WSJ

ABŞ İranla əməliyyatın uzanacağını proqnozlaşdırır – WSJ

by Baş Redaktor
22 Baxış

ABŞ administrasiyası Yaxın Şərqdə hərbi qüvvələrin bölgədə qalma müddətini uzatmaq üçün hazırlıq görür.

Army.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.

Bildirilib ki, bu addım İrana qarşı hərbi əməliyyatların ilin sonunadək davam edə biləcəyi ehtimalı ilə bağlıdır.

Məlumata əsasən, ABŞ müdafiə naziri Pit Heqset bölgədəki hərbi kontingentin dislokasiya müddətinin uzadılmasını nəzərdən keçirir. Hazırda regionda ABŞ-a məxsus 19 hərbi gəmi ilə yanaşı, döyüş aviasiyası, hava hücumundan müdafiə sistemləri və desant qüvvələri yerləşdirilib.

banner

Nəşr qeyd edir ki, hərbi qüvvələrin uzun müddət fasiləsiz şəkildə bölgədə saxlanılması şəxsi heyətin vəziyyətinə və hərbi texnikanın texniki xidmət prosesinə əlavə yük yaradır.

Əlaqəli Yazılar Xüsusi