Rusiya ordusu Kiyevdə ABŞ şirkətinə məxsus Pilotsuz Uçuş Aparatı (PUA) istehsalı müəssisəsinə ballistik raket zərbəsi endirib.
Army.az xəbər verir ki, bu barədə “The Gaze” nəşri “The Guardian” qəzetinə istinadən məlumat yayıb.
Məlumata görə, hücum nəticəsində müəssisə tamamilə dağıdılıb, lakin insan itkisi qeydə alınmayıb.
Bildirilib ki, söhbət 2023-cü ildə ABŞ-nin Delaver ştatında qeydiyyatdan keçmiş “Terminal Autonomy” şirkətinə məxsus istehsal müəssisəsindən gedir.
Nəşrin yazdığına görə, zavod Rusiyanın radioelektron mübarizə vasitələrinə qarşı davamlı idarəetmə sistemləri ilə təchiz olunmuş yüksək dəqiqlikli kamikadze PUA-ları istehsal edirdi.
