Ev Hərbi XəbərlərUkraynada səfərbərliklə bağlı yeni qərar : 50-55 yaşdan yuxarı şəxslər…

Ukraynada səfərbərliklə bağlı yeni qərar : 50-55 yaşdan yuxarı şəxslər…

by Baş Redaktor
14 Baxış

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahında səfərbərlik siyasətinin yaş amili nəzərə alınmaqla yenidən formalaşdırılması imkanları müzakirə edilir.

Army.az xəbər verir ki, bu barədə Ukrayna parlamentinin Milli Təhlükəsizlik, Müdafiə və Kəşfiyyat Komitəsinin katibi Roman Kostenko bildirib.

Onun sözlərinə görə, müzakirə olunan variantlardan biri 50 və ya 55 yaşdan yuxarı şəxslərin səfərbərliyinin məhdudlaşdırılmasıdır. Lakin ordunun kadr çatışmazlığı yaşanan və ya xüsusi ehtiyac duyduğu ixtisaslara sahib hərbi mükəlləfiyyətlilər üçün istisnaların tətbiqi nəzərdə tutulur.

Kostenko qeyd edib ki, yekun qərar qəbul edilməyib və hazırda Baş Qərargah səviyyəsində yaş meyarının səfərbərlik prosesinə necə tətbiq olunması ilə bağlı müxtəlif variantlar nəzərdən keçirilir.

banner

Əlaqəli Yazılar Xüsusi