Ev DünyaVaşinqtondan İranla işləyən gəmiçilik şirkətlərinə sərt mesaj

Vaşinqtondan İranla işləyən gəmiçilik şirkətlərinə sərt mesaj

by Baş Redaktor
26 Baxış

ABŞ Maliyyə Nazirliyi İranla əlaqəli bəzi qurumların sorğularına cavab verən gəmiçilik şirkətləri və dənizçilərin belə Vaşinqtonun sanksiyaları ilə üzləşə biləcəyi barədə xəbərdarlıq edib.

Army.az xəbər verir ki, bu barədə Nazirliyin Xarici Aktivlərə Nəzarət Ofisi (OFAC) məlumat verib.

Bildirilib ki, risk yalnız İran qurumlarına pul köçürülməsi ilə məhdudlaşmır. Həmin qurumlara hər hansı ödəniş həyata keçirilmədən məlumat təqdim edilməsi də şirkətlər və dənizçilər üçün sanksiya və digər hüquqi tədbir riski yarada bilər.

OFAC daha əvvəl də Hörmüz boğazından keçid üçün İrana rüsum ödəyən gəmiçilik şirkətlərinin ABŞ sanksiyalarını poza biləcəyi barədə xəbərdarlıq etmişdi.

banner

Yeni xəbərdarlıq Vaşinqtonun İran hakimiyyətinə qarşı iqtisadi təzyiq kampaniyasını gücləndirdiyi bir vaxtda verilib. ABŞ bununla İranla bağlı dənizçilik əməliyyatlarında iştirak edən şirkət və şəxslər üçün mümkün sanksiya risklərini bir daha diqqətə çatdırıb.

Əlaqəli Yazılar Xüsusi