Ev DünyaKüveytdə daha bir enerji obyekti zərbəyə məruz qaldı

Küveytdə daha bir enerji obyekti zərbəyə məruz qaldı

by Baş Redaktor
28 Baxış

Küveytdə fəaliyyət göstərən daha bir dəniz suyunun şirinləşdirilməsi və elektrik enerjisi istehsalı müəssisəsinin İranın endirdiyi zərbələr nəticəsində zərər gördüyü bildirilir.

Army.az xəbər verir ki, bu son günlər ərzində hücuma məruz qaldığı açıqlanan ikinci belə obyektdir.

Hadisə ilə bağlı Küveytin Su Ehtiyatları, Bərpaolunan Enerji Mənbələri və Elektrik Energetikası Nazirliyi rəsmi məlumat yayıb.Nazirliyin açıqlamasında qeyd olunub ki, İranın həyata keçirdiyi hücumlar nəticəsində növbəti su şirinləşdirmə və elektrik stansiyası zədələnib. Məlumata görə, zərbə nəticəsində obyektin ərazisində yanğınlar baş verib.

Əlaqəli Yazılar Xüsusi