Ev DünyaUkrayna dəhlizində gərginlik – Çin ekipajlı gəmi vuruldu

Ukrayna dəhlizində gərginlik – Çin ekipajlı gəmi vuruldu

by Baş Redaktor
19 Baxış

Rusiya ordusu Odessa vilayəti yaxınlığında dənizdə olan mülki gəmilərə zərbə endirib.

Army.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.

Bildirilib ki, hücuma məruz qalan gəmilərdən biri “KSL DEYANG” olub. Gəmi Marşal adalarının bayrağı altında üzür, gəmi sahibi isə Çin şirkətidir. Göyərtədə Çin vətəndaşlarından ibarət heyətin olduğu qeyd edilir.

Açıqlamada həmçinin bildirilib ki, Qvineya-Bisau və Panama bayraqları altında hərəkət edən daha iki mülki gəmi də pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb.

banner

Həmin gəmilərin Böyük Odessa limanlarına doğru Ukrayna dəniz dəhlizi ilə hərəkət etdiyi vurğulanır.

Əlaqəli Yazılar Xüsusi