Ev TexnologiyaFransa “Tigre Mk2” helikopterlərinin döyüş imkanlarını artırır

Fransa “Tigre Mk2” helikopterlərinin döyüş imkanlarını artırır

by Baş Redaktor
16 Baxış

MBDA şirkətinin istehsal etdiyi “Mistral 3” hava-hava tipli raket sistemi Fransa Silahlı Qüvvələrinin arsenalında yer alan “Tigre Mk2” döyüş helikopterinə uğurla inteqrasiya edilib.

Army.az xəbər verir ki, bu barədə xarici media orqanları məlumat yayıb.

Məlumata əsasən, modernləşdirmənin başlıca məqsədi helikopterin hava hədəflərinə, xüsusilə də pilotsuz uçuş aparatlarına qarşı mübarizə imkanlarını daha da gücləndirməkdir.

Bildirilir ki, yenilənmə mövcud “Mistral 2” buraxılış sistemi bazasında həyata keçirilib. Modernləşdirmə çərçivəsində proqram təminatı və texniki avadanlıqlar təkmilləşdirilib.

banner

Nəticədə “Tigre Mk2” artıq görüntüləyici infraqırmızı axtarış başlığına, radioelektron maneələrə qarşı daha yüksək davamlılığa və 8 kilometrədək təsir məsafəsinə malik “Mistral 3” raketlərini daşımaq və tətbiq etmək imkanına sahib olub.

Əlaqəli Yazılar Xüsusi