Rusiyanın “Rostex” dövlət korporasiyasına məxsus lazer kompleksi iki ay ərzində Ukrayna Silahlı Qüvvələrinə aid təxminən 1 000 PUA-nı məhv edib.
Army.az xəbər verir ki, bu barədə korporasiyanın baş direktoru Sergey Çemezov məlumat verib.
Onun sözlərinə görə, lazer qurğusu Rusiyanın sərhədyanı bölgələrindən birində yerləşən strateji obyektin mühafizəsi üçün quraşdırılıb. Çemezov həmin bölgənin adını açıqlamayıb.
Korporasiya rəhbəri lazer silahının effektivliyinin yüksək olduğunu vurğulayıb. O qeyd edib ki, kompleks gündəlik onlarla pilotsuz uçuş aparatını məhv edir.
