ABŞ Hərbi Dəniz Qüvvələri dünyanın ilk nüvə enerjisi ilə çalışan aviadaşıyıcısı olan USS “Enterprise” (CVN-65) gəmisinin sökülməsi və utilizasiyası ilə bağlı “NorthStar Maritime Dismantlement Services” şirkəti ilə 418,5 milyon dollar məbləğində müqavilə bağlayıb.
Army.az xəbər verir ki, layihə üzrə işlər ABŞ-nin Alabama ştatının Mobil şəhərində həyata keçiriləcək.
Utilizasiya prosesinin 2030-cu ilin sentyabr ayına qədər tamamlanması nəzərdə tutulur.1961-ci ildə ABŞ Hərbi Dəniz Qüvvələrinin xidmətinə qəbul edilən USS “Enterprise” səkkiz nüvə reaktoru ilə təchiz olunan ilk aviadaşıyıcı kimi hərb tarixində xüsusi yer tutur.
Gəmi 51 ildən artıq istismar müddəti ərzində Karib böhranı, Vyetnam müharibəsi, Sayqonun təxliyəsi, eləcə də Əfqanıstan və İraq əməliyyatları daxil olmaqla bir sıra mühüm hərbi missiyalarda iştirak edib.
