Ev DünyaZelenski Azərbaycanəsilli məmuru vəzifədən kənarlaşdırdı

Zelenski Azərbaycanəsilli məmuru vəzifədən kənarlaşdırdı

by Baş Redaktor
30 Baxış

Ukrayna Prezidenti Volodimir Zelenski Timur Tkaçenkonun Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri vəzifəsindən azad olunması barədə sərəncam imzalayıb.

Army.az xəbər verir ki, bu barədə Ukrayna KİV məlumat yayıb.

Xatırladaq ki, əslən azərbaycanlı olan Timur Tkaçenko bu vəzifəyə 2024-cü il dekabrın 31-də təyin edilmişdi. Bundan əvvəl, may ayında Ukrayna mətbuatında onun istefa ərizəsi təqdim etdiyi barədə xəbərlər yayılmışdı.

36 yaşlı Timur Tkaçenko Ukrayna Azərbaycanlıları Konqresinin fəal üzvlərindən biridir. O, həmçinin Azərbaycan Ağsaqqallar Şurasının Ukrayna üzrə nümayəndəsi olub. Tkaçenko əslən Azərbaycanın Şəmkir rayonundan olan mərhum Firudin Məmmədovun oğludur.

banner

Əlaqəli Yazılar Xüsusi