Ev İqtisadiyyatYaxın Şərqdəki gərginlik neft qiymətlərini artırdı

Yaxın Şərqdəki gərginlik neft qiymətlərini artırdı

by Baş Redaktor
8 Baxış

Yaxın Şərqdə davam edən hərbi gərginlik dünya neft bazarında qiymət artımını sürətləndirib. Bu səbəbdən həftə neft kotirovkalarında nəzərəçarpacaq yüksəlişlə yekunlaşır.

Army.az xəbər verir ki, bu barədə “İnterfaks” agentliyi məlumat yayıb.

Bakı vaxtı ilə saat 09:20-yə olan göstəricilərə əsasən, Londonun ICE Futures birjasında “Brent” markalı neftin sentyabr fyuçersləri 0,72 ABŞ dolları və ya 0,85 faiz bahalaşaraq bir barel üçün 84,95 dollara yüksəlib.Xatırladaq ki, əvvəlki ticarət sessiyasında “Brent” markalı neft 0,72 dollar (0,85 faiz) ucuzlaşmış və bir barelin qiyməti 84,23 dollar səviyyəsində formalaşmışdı.

Əlaqəli Yazılar Xüsusi