Azərbaycan, Rumıniya və Macarıstanın energetika nazirləri Yaşıl Enerji Dəhlizi layihəsi çərçivəsində keçiriləcək növbəti nazirlər toplantısında iştirak etmək üçün Buxarestə səfər edəcəklər.
Army.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Bildirilib ki, görüş Yaşıl Enerji Dəhlizinin 13-cü Nazirlər Toplantısı çərçivəsində baş tutacaq.
Tədbirdə layihəyə qoşulan ölkələrin nümayəndələri indiyədək görülən işləri və əldə olunan nəticələri nəzərdən keçirəcəklər. Həmçinin layihənin texniki-iqtisadi əsaslandırmasının yekunları, növbəti inkişaf mərhələləri və praktiki icrası üçün görülməli tədbirlər müzakirə olunacaq.
Toplantının gündəliyində layihənin həyata keçirilməsi zamanı qarşıya çıxan aktual məsələlərin həlli və gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi də yer alacaq.
