12
Nyu-York birjasında qızıl və gümüşün qiymətində azalma qeydə alınıb.
Army.az xəbər verir ki, COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1,97 faiz geriləyərək 4 162 ABŞ dollarına düşüb.
Eyni zamanda, COMEX-də gümüşün bir unsiya üzrə fyuçersləri 3,50 faiz ucuzlaşaraq 64 ABŞ dolları səviyyəsində qərarlaşıb.
Beləliklə, qiymətli metallar bazarında eniş tendensiyası müşahidə olunur.
