46
Dünya bazarında neft qiymətləri bahalaşmaqda davam edir.
Army.az xəbər verir ki, Londonun ICE birjasında “Brent” markalı xam neftin sentyabr fyuçerslərinin qiyməti 0,75 faiz artaraq bir barel üçün 72,53 dollara yüksəlib.
ABŞ-ın WTI markalı xam neftinin fyuçersləri də müsbət dinamika nümayiş etdirib. Bu marka üzrə qiymət 0,67 faiz bahalaşaraq 69 dollar/barel səviyyəsinə çatıb.