25
Londonun ICE birjasında ticarət zamanı “Brent” markalı neftin avqust fyuçersləri ucuzlaşaraq bir barel üçün 93,51 dollara düşüb.
Army.az xəbər verir ki, gün ərzində “Brent” markası üzrə qiymət azalması 0,87 faiz təşkil edib.
ABŞ-ın WTI markalı xam neftinin fyuçersləri də eniş nümayiş etdirib. Bu marka üzrə bir barelin qiyməti 1,27 faiz geriləyərək 90,15 dollar səviyyəsində qərarlaşıb.