Ev Hərbi XəbərlərHörmüz boğazında üç tanker minaya düşdü

Hörmüz boğazında üç tanker minaya düşdü

by Baş Redaktor
16 Baxış

Son 24 saat ərzində Hörmüz boğazının rəsmi icazə verilməyən cənub istiqaməti ilə üzməyə cəhd edən üç neft tankerində ardıcıl partlayışlar baş verib və gəmilər alışıb.

Army.az xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin mətbuat xidməti rəsmi məlumat yayıb.

Bildirilir ki, sözügedən tankerlər radarlarını və naviqasiya cihazlarını qəsdən söndürüb, edilən xəbərdarlıqlara məhəl qoymadan qadağan olunmuş xətlə boğazı keçməyə çalışıblar. Nəticədə minalanmış əraziyə daxil olan gəmilər partlayışa məruz qalaraq boğazın cənub sahillərində yanıqlı və tərk edilmiş vəziyyətdə qalıb.

SEPAH-ın Donanması həmin su yolunun son dərəcə təhlükəli olduğunu xatırladaraq, baş verənlərə görə bütün məsuliyyətin birbaşa gəmi sahiblərinin və ekipaj üzvlərinin üzərinə düşdüyünü bəyan edib.

banner

Əlaqəli Yazılar Xüsusi