Böyük Britaniya Ukraynaya sınaq məqsədilə ilk dörd artilleriya lüləsini təhvil verib.
Army.az xəbər verir ki, bu barədə “Army Technology” məlumat yayıb.
Bildirilib ki, göndərilən nümunələr Ukrayna artilleriya bölmələrində real döyüş şəraitinə yaxın şəraitdə yoxlanılacaq.
Bu tədarük BAE Systems şirkəti ilə Böyük Britaniya Müdafiə Nazirliyi arasında imzalanmış 82,2 milyon dollarlıq müqavilə çərçivəsində həyata keçirilir.
Razılaşmaya əsasən, Ukraynaya Böyük Britaniyada istehsal olunacaq 105 və 155 millimetrlik artilleriya sistemlərində istifadə edilən lülələrin tədarükü nəzərdə tutulur.
