Küveyt İrana məxsus pilotsuz uçuş aparatlarının (PUA) ölkənin şimal hissəsində yerləşən dövlət obyektinə zərbə endirdiyini açıqlayıb.
Army.az xəbər verir ki, bu barədə Küveyt Müdafiə Nazirliyinin sözçüsü, polkovnik Səud əl-Ətvan məlumat verib.
Onun sözlərinə görə, avqustun 1-də ölkənin silahlı qüvvələri düşmənə aid olduğu bildirilən pilotsuz aparatların Küveytin hava məkanını pozduğunu müəyyən edib.
Səud əl-Ətvan bildirib ki, hücum nəticəsində ölkənin şimalındakı dövlət obyekti ilə yanaşı, Bubiyan adasında fəaliyyət göstərən mülki şirkətə məxsus avadanlıqlar da zədələnib. Hadisə zamanı yalnız maddi ziyan qeydə alınıb, ölən və ya yaralanan olmayıb.
