Ev Hərbi XəbərlərTramp: “İranla müharibənin böyük hissəsində faktiki olaraq döyüşməmişik”

Tramp: “İranla müharibənin böyük hissəsində faktiki olaraq döyüşməmişik”

by Baş Redaktor
25 Baxış

ABŞ Prezidenti Donald Tramp ölkəsinin İranla müharibə zamanı genişmiqyaslı döyüş əməliyyatları aparmadığını iddia edib.

Army.az xəbər verir ki, bu barədə o, “New York Post” qəzetinə müsahibəsində danışıb.

Tramp hazırda ABŞ qüvvələrinin aktiv döyüşlərdə iştirak etmədiyini bildirərək, müharibənin əsas mərhələsində də hərbi əməliyyatların məhdud xarakter daşıdığını söyləyib.

“Hazırda döyüş əməliyyatları aparmırıq. Əslində, bu müharibənin böyük hissəsində, demək olar ki, döyüşməmişik. Onlara bir neçə dəfə çox güclü zərbələr endirdik, sonra dayanaraq vəziyyəti müşahidə etdik”, – deyə ABŞ lideri bildirib.

banner

Ağ Ev rəhbəri, həmçinin Vaşinqtonun İranda hakimiyyət strukturuna iki dəfə müdaxilə edərək dəyişikliklərə nail olduğunu iddia edib.

“Onların iki rejimini devirdik. Onu bir növ dəyişdirdik, amma yenə də danışacağınız biri olmalıdır”, – Tramp qeyd edib.

ABŞ prezidenti müsahibəsində Vaşinqtonun Tehranla bağlı mövqeyinin dəyişmədiyini də vurğulayıb. O, İranın nüvə silahı əldə etməsinə qəti şəkildə qarşı olduqlarını bir daha bəyan edib.

Əlaqəli Yazılar Xüsusi