Ev Hərbi XəbərlərPutinin müşaviri Rusiyanın ərazi iddialarını davam etdirəcəyinə işarə etdi

Putinin müşaviri Rusiyanın ərazi iddialarını davam etdirəcəyinə işarə etdi

by Baş Redaktor
8 Baxış

Rusiya Prezidenti Vladimir Putinin müşaviri Anton Kobyakov Moskvanın Ukraynada işğal etdiyi ərazilərlə bağlı mövqeyindən danışıb.

Army.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

O, Rusiyanın tərkibində hazırda 89 federal subyektin olduğunu bildirib. Bu rəqəmə Moskvanın “ana vətənin qoynuna qayıdan ərazilər” adlandırdığı, Ukraynanın işğal olunmuş bölgələrinin də daxil edildiyini deyib.

Putinin müşaviri Rusiyanın ərazi iddialarının bununla yekunlaşacağına ümid etmədiyini də ifadə edib.

banner

“Ümid edirəm, bu qayıdış yalnız məlum regionlarla məhdudlaşmayacaq”, – Kobyakov bildirib.

Əlaqəli Yazılar Xüsusi