ABŞ Prezidenti Donald Tramp Vaşinqton və Tehran arasında mümkün razılaşmanın imzalanması üçün konkret vaxt çərçivəsinin müəyyən edilmədiyini açıqlayıb.
Army.az xəbər verir ki, Tramp Vaşinqtona səfəri zamanı təyyarədə jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, prosesin necə inkişaf edəcəyini zaman göstərəcək. Onun sözlərinə görə, əsas məqsədi diplomatik razılığa nail olmaqdır.
“Əlbəttə ki, razılaşmanın əldə olunmasını istərdim. Mən insanların həyatını itirməsini istəmirəm”, – deyə ABŞ prezidenti vurğulayıb.
Bununla yanaşı, Tramp qeyd edib ki, ABŞ lazım gəldiyi halda istənilən anda İrana qarşı genişmiqyaslı hərbi əməliyyat keçirmək imkanına malikdir və bu variant gündəmdə qalır.
