İsrail və Yunanıstan müdafiə sahəsində təxminən 3 milyard avro dəyərində yeni müqaviləyə imza atıb.
Army.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, “Axilles qalxanı” adlandırılan layihə çərçivəsində Afinaya bir sıra İsrail istehsalı hava hücumundan müdafiə sistemləri təqdim olunacaq.
Sazişə əsasən, Yunanıstan “Rafael” şirkətinin istehsal etdiyi “David’s Sling” və “SPYDER”, eləcə də “Israel Aerospace Industries” tərəfindən hazırlanan “BARAK MX” sistemlərini əldə edəcək.
İsrail Müdafiə Nazirliyi anlaşmanı iki ölkə arasında müdafiə məhsullarının ixracı sahəsində imzalanmış ən böyük saziş kimi qiymətləndirib. Qurum sövdələşmənin həmçinin İsrail tarixində bu kateqoriyada ən iri müqavilələrdən biri olduğunu açıqlayıb.
