Ukraynada hakimiyyət nümayəndələri və xarici diplomatlar Rusiya-Ukrayna münaqişəsinin 2026-cı ilin sonunadək sülh yolu ilə həll olunacağı ehtimalına ehtiyatla yanaşırlar.
Army.az xəbər verir ki, son həftələr ərzində Ukrayna hakimiyyətində təmsil olunan müxtəlif şəxslər və xarici diplomatlar bu il ərzində münaqişənin diplomatik yolla həlli üçün real perspektivlərin demək olar ki, olmadığını bildiriblər.
“Bu il real sülh razılaşması ehtimalı demək olar ki, görünmür. Son həftələrdə “RBK-Ukrayna” belə qiymətləndirmələri Ukrayna hakimiyyətindəki çoxsaylı mənbələrdən və xarici diplomatların fikirlərindən eşidib”, – nəşr qeyd edib.