Ev Hərbi XəbərlərMoskvaya kütləvi PUA hücumu: 201 dron məhv edildi

Moskvaya kütləvi PUA hücumu: 201 dron məhv edildi

by Baş Redaktor
68 Baxış

Moskva və Moskva vilayəti gecə saatlarında genişmiqyaslı dron hücumlarının hədəfinə çevrilib.

Army.az xəbər verir ki, Moskva meri Sergey Sobyanin və Moskva vilayətinin qubernatoru Andrey Vorobyov hadisə ilə bağlı məlumat yayıblar.

Sobyaninin açıqlamasına əsasən, axşam saatlarından etibarən Moskva istiqamətində təxminən 600 pilotsuz uçuş aparatı qeydə alınıb. Onlardan 201-nin Moskva vilayəti ərazisində zərərsizləşdirildiyi bildirilib.

Vorobyov isə dronlardan birinin Podolsk şəhərində yerləşən “Koledino” sənaye parkındakı “Wildberries” şirkətinin anbarına düşdüyünü açıqlayıb. Digər PUA-nın isə Domodedovoda dərmanların saxlanıldığı anbara çırpıldığı bildirilib.

banner

Hadisələr nəticəsində hər iki ərazidə yanğın baş verib. İlkin məlumatlarda hücumların yaratdığı fəsadların aradan qaldırılması istiqamətində işlərin aparıldığı qeyd olunub.

Əlaqəli Yazılar Xüsusi