Ev Hərbi XəbərlərZelenskinin arzusu reallaşır : “Nəhayət Ukraynaya gəlir”

Zelenskinin arzusu reallaşır : “Nəhayət Ukraynaya gəlir”

by Baş Redaktor
17 Baxış

Ukrayna “Patriot” hava hücumundan müdafiə sistemlərində istifadə olunan yeni raketlər əldə edib.

Army.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat verib.

Onun sözlərinə görə, söhbət ölkənin hava hücumundan müdafiə imkanlarının gücləndirilməsi üçün zəruri olan “Patriot” raketlərindən gedir. Son günlər Kiyev bu sistemlər üçün əlavə raketlərin tədarükünü müttəfiqlər qarşısında əsas tələblərdən biri kimi gündəmdə saxlayır.

Zelenski daha əvvəl bildirib ki, Ukraynanın xüsusilə ballistik raketlərə qarşı müdafiəsində “Patriot” kompleksləri mühüm rol oynayır və onların effektivliyi birbaşa raket təminatından asılıdır.

banner

Bununla yanaşı, Kiyev gələcəkdə “Patriot” raketlərinin istehsalını ölkə daxilində həyata keçirmək üçün müvafiq lisenziyaların əldə olunması üzərində də çalışır

Əlaqəli Yazılar Xüsusi