Ev DünyaLatviya Ukraynaya enerji dəstəyi üçün 200 min avro ayırıb

Latviya Ukraynaya enerji dəstəyi üçün 200 min avro ayırıb

by Baş Redaktor
30 Baxış

Latviya Ukraynanın Çerniqov vilayətində enerji infrastrukturunun gücləndirilməsi məqsədilə yeni maliyyə dəstəyi göstərib.

Army.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Latviyanın xarici işlər naziri Baiba Braze bildirib ki, yardımın ümumi məbləği təxminən 200 min avro təşkil edir.

Nazirin sözlərinə görə, Latviya Rusiyanın hücumları fonunda Ukraynanın enerji sisteminin dayanıqlılığını artırmaq üçün dəstəyini davam etdirir.

banner

Qeyd edək ki, Latviya bu il də Ukraynanın enerji və infrastruktur sahələrinə maliyyə yardımı ayırıb. Mart ayında ölkə hökuməti Ukraynanın enerji şəbəkəsi, infrastruktur və digər sahələrini əhatə edən 6,8 milyon avroluq yardım paketi təsdiqləmişdi.

Əlaqəli Yazılar Xüsusi