Ev DünyaTehrandan yeni iddia: atəşkəs pozula bilər

Tehrandan yeni iddia: atəşkəs pozula bilər

by Baş Redaktor
28 Baxış

İran tərəfi hesab edir ki, İsrailin Livanda hərbi fəaliyyətlərini davam etdirməsi, Tehranla Vaşinqton arasında əldə olunmuş atəşkəs razılaşmasının ruhuna ziddir. Buna görə də İran bu addımları razılaşmanın pozulması kimi qiymətləndirir.

Army.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi açıqlama verib.

Onun sözlərinə görə, İran–ABŞ arasında razılaşdırılan atəşkəs yalnız müəyyən bir istiqamətlə məhdudlaşmır və Livan da daxil olmaqla bütün döyüş bölgələrinə şamil olunur.

Nazir vurğulayıb ki, hər hansı bir cəbhədə qaydaların pozulması ümumi atəşkəsin pozulması kimi qəbul edilir.

banner

Əlaqəli Yazılar Xüsusi