Avropa İttifaqının xarici siyasət rəhbərliyinin fikrincə, ABŞ və İran arasında gərginliyin yumşaldılmasında Pakistan mühüm vasitəçi rol oynayıb.
Army.az xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi Kaya Kallas məlumat verib.
O qeyd edib ki, Pakistanın diplomatik təşəbbüsləri bir neçə dəfə genişmiqyaslı müharibəyə qayıdışın qarşısını almağa kömək edib və bu səylər Avropada yüksək qiymətləndirilir.
Kallasın sözlərinə görə, Pakistanın dəstəyi sayəsində hazırda atəşkəsin uzadılması və strateji əhəmiyyət daşıyan Hörmüz boğazının fəaliyyətinin bərpası üçün “kövrək diplomatik imkan pəncərəsi” yaranıb.
