Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın reaktiv dronlarına qarşı yeni vasitənin sınaqdan keçirildiyini açıqlayıb.
Army.az xəbər verir ki, bu barədə Ukrayna KİV məlumat yayıb.
Zelenski bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Mixail Drapatının məruzəsi zamanı yerli istehsalçıların hazırladığı yeni sistem müzakirə olunub.
Onun sözlərinə görə, yeni vasitənin sınağı uğurla başa çatıb və sistem vasitəsilə “Şahid” tipli pilotsuz uçuş aparatı vurulub.
Zelenski həmçinin Ukraynanın gələcək hərbi əməliyyatları və uzaqmənzilli silah imkanları barədə müzakirələrin aparıldığını deyib. O, müdafiə naziri Yevgeni Xmara və Silahlı Qüvvələrin Baş Komandanı ilə birlikdə növbəti prioritet hədəfləri, tələb olunan vasitələrin həcmini və hazırlıq tədbirlərini müəyyənləşdirdiklərini bildirib.
