15
Hörmüz boğazı ərazisində iranlı balıqçıların olduğu qayığa pilotsuz uçuş aparatı ilə zərbə endirilib. Hadisə nəticəsində iki nəfər xəsarət alıb, daha iki balıqçının taleyi isə hələlik məlum deyil.
Army.az xəbər verir ki, bu barədə İranın “Fars” xəbər agentliyi məlumat yayıb.
Məlumatda hücumun kim tərəfindən həyata keçirildiyi və insidentin digər təfərrüatları açıqlanmayıb.