Ev Dünya“Heç bir sərhəd yoxdur” – Trampdan sərt mesaj

“Heç bir sərhəd yoxdur” – Trampdan sərt mesaj

by Baş Redaktor
24 Baxış

ABŞ Prezidenti Donald Tramp İranla son qarşıdurma fonunda Vaşinqtonun hərbi gücdən istifadə imkanlarının məhdudlaşdırılmadığını və ABŞ-ın İrana qarşı tam üstünlük əldə etdiyini iddia edib.

Army.az xəbər verir ki, Tramp bu barədə “Axios” nəşrinə müsahibəsində danışıb.

Jurnalist Stiv Kaputonun prezident səlahiyyətlərinin sərhədləri ilə bağlı sualını cavablandıran Ağ Ev rəhbəri hərbi məsələlərdə hər hansı məhdudiyyət görmədiyini bildirib.

“Belə məhdudiyyətlər yoxdur. Heç bir məhdudiyyət yoxdur. Mən hələ belə bir nəticəyə gəlməmişəm. Bilirəm ki, onlar mövcuddur, amma əslində heç bir sərhəd yoxdur. Hərbi baxımdan biz onları tamamilə məğlub etmişik”, – deyə Tramp vurğulayıb.

banner

Əlaqəli Yazılar Xüsusi