Ev DünyaMeloni səsini süni intellektdən qorumaq üçün qeyri-adi üsula əl atdı

Meloni səsini süni intellektdən qorumaq üçün qeyri-adi üsula əl atdı

by Baş Redaktor
171 Baxış

İtaliyanın Baş naziri Giorgia Meloni süni intellekt vasitəsilə səsinin klonlaşdırılaraq saxta məzmunlarda istifadəsinin qarşısını almaq üçün diqqətçəkən addım atıb.

Army.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Meloni cəmi 4 saniyəlik “Mən Giorgia Meloniyəm” səs yazısı əsasında öz səsini Avropa İttifaqı ərazisində əmtəə nişanı kimi qeydiyyata aldırmaq üçün müraciət edib.

Müraciət təsdiqlənərsə, baş nazir səsinin icazəsiz və insanları çaşdıran formada istifadəsinə qarşı daha ciddi hüquqi müdafiə imkanları əldə edə bilər.

banner

Beləliklə, süni intellektin yaratdığı saxta audio və digər manipulyativ məzmunlara qarşı hüquqi mübarizədə Meloninin səsi ayrıca qorunan brend elementinə çevrilə bilər.

Əlaqəli Yazılar Xüsusi